
RegionTV.info xəbər verir ki, müğənni bu barədə "Həmin Zaur" proqramına qonaq olarkən söhbət açıb.
Müğənni bildirib ki, hicabsız şəkillərinin hələ də bir çox yerdə yayımlanması onu narahat edir:
"Dəfələrlə demişəm, xahiş etmişəm ki, Allaha xatir, şəkillərimi silin. Bəziləri sildi, amma sonra yenidən yüklədilər. Hicaba gələndən sonra 3 il sənətdən uzaqlaşdım. Amma oxumadan dura bilmədim. İslama güclü imanla gəldim, bacarmadım. Ümid edirəm, tək günahım oxumaq olar".