Lerikdə qeyri-adi hadisə baş verib.
RegionTV.info-nun məlumatına görə fevralın 6-da Kaqoy kənd sakini 31 yaşlı Məhəbbət Nağıyev qonşusunun nişanlısını qaçırıb.
Məlumata əsasən, o, 19 yaşlı qızı Bakıya qaçırıb. Bildirilir ki, qaçırılan qız Astara rayon sakinidir. Lerikin Kqoy kəndinə arada bir qayınatasıgilin evini təmizləməyə və s. köməyə gəlirmiş. Gəlini qaçıran şəxsin bundan əvvəl 2 dəfə evli olub boşandığı bildirilir.
Faktla bağlı Lerik rayon polis Şöbəsinə müraciət olunub. Araşdırma aparılır.
Hadisəni kəndin bələdiyyə sədri Aqil Səfərli də təsdiqləyib.
Xəbəri paylaş