Daşkəsən sakini sirkə turşusu içərək özünü öldürüb.
RegionTV.info-nun verdiyi məlumata əsasən, Hüseynov Rafiq Rövşən oğlu sirkə turşusu içərək zəhərlənib. Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən Rafiq Hüseynovun orada keçinib.
48 yaşlı şəxsin hansı səbəbdən bu əmələ əl atdığı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma başlanılıb.
Xəbəri paylaş