
RegionTV.info xəbər verir ki, onlar fevralın 10-da, yerli vaxtla səhər saat 08.00-da geri dönməli imiş.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, aşırımda hazırda 3 turist qrupu var və onlarla daim əlaqə saxlanılır.
Lakin itkin düşən turistlərdən hələ də heç bir məlumat yoxdur.
Məlumata görə, turistlər 1959-cu ilin fevralında aşırımda ölən turist qrupunun xatirəsini yad etmək üçün aşırıma gediblər.
“RİA Novosti”