Nəqliyyat, Rabitə və İnformasiyaları Texnologiyaları Nazirliyində kadr islahatları davam edir. RegionTV.info-nun məlumatına görə nazir Rəşad Nəbiyevin əmri ilə ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin müdiri Zahid Mehdiyev tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Z.Mehdiyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmisi nəvəsidir.