Tanınmış videoblogger Ata Abdullayev Şirvan şəhərində Heydər Əliyevin abidəsi olan parkda xoşagəlməz hallar aşkarlayıb.
RegionTV.info xəbər verir ki, ulu öndərin abidəsinin üzərində olan yazılar, parkın hovuzu, şəhərdə zibil qablarının olmaması videobloggerin kamerasından yayınmayıb.
Videomüraciətində sadaladığı problemlərə şəhər rəhbərliyinin diqqət yetirmədiyini qeyd edən Ata Abdullayev Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasova müraciət ünvanlayıb.
Analoq.az həmin görüntüləri təqdim edir:
Xəbəri paylaş