Əməkdar artist Mətanət İsgəndərlinin ailəsində qalmaqal yaşanıb.
RegionTV.info xəbər verir ki, M. İsgəndərlinin gəlini Canana sosial şəbəkələrdə övladlarına qarşı şiddət göstərən görüntülər paylaşıb.
Canana bildirib ki, keçmiş həyat yoldaşı Kərim övladlarına işgəncə verib. Görüntülərdə azyaşlının bədənində qançır izlərinin olduğu da aydın şəkildə görünür. Canana belə hallara görə Kərimlə birgə yaşamağın mümkün olmadığını qeyd edib.
Bir müddət əvvəl müğənninin oğlu Kərim həyat yoldaşı Cananadan ayrılıb.
Qeyd edək ki, Kərim və Canananın 3 övladı var.
Bir müddət əvvəl müğənninin oğlu Kərim həyat yoldaşı Cananadan ayrılıb.
Qeyd edək ki, Kərim və Canananın 3 övladı var.