Azərbaycan tərəfi 5 ermənini Ermənistana təhvil verib.
RegionTV.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, qaytarılan erməniləri Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov müşayiət edib.
Qeyd edək ki, 13 dekabrda Azərbaycan DTX-nın antiterror əməliyyatı nəticəsində ələ keçən 62 terrorçunu rəsmi Bakı hərbi əsir hesab etmədiyindən, 10 noyabr razılaşması ilə qaytarmayacağını və onların mühakimə olunacağını açıqlamışdı. Buna baxmayaraq, bir müddət əvvəl onlardan 5-i bir azərbaycanlı əsirlə dəyişdirildi.
Xəbəri paylaş