Səfirlik: Azərbaycanlıların Latviyanın ali məktəblərinə marağı artır
Tarix: 9-02-2021, 22:08Xəbərə baxış: 164
Son vaxtlar azərbaycanlı gənclərin Latviyada ali təhsil almağa marağı daha da artıb. RegionTV.info xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, Latviya ali təhsil ocaqlarında 2018/2019-cu tədris ilində Azərbaycandan 144, 2019/2020-ci tədris ilində isə 169 nəfər oxuyub.