Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ƏƏSMN yanında İctimai Şuranın yeni tərkibi seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
RegionTV.info
  xəbər verir ki, Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, seçkinin təşkili məqsədilə Nazirlikdə 9 nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından Şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.
Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı ifadə edərək aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakına, ictimai nəzarətin təmin olunmasına xidmət edir. Qanunvericiliyə uyğun olaraq İctimai Şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir Şuranın yeni tərkibi seçilməlidir.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də