Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukrayna səfiri Gürcüstan XİN-ə çağırılıb

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
RegionTV.info
  xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Diplomatla keçirilən görüş Mixeil Saakaşvilinin Gürcüstanda genişmiqyaslı itaətsizlik aksiyalarına çağırışları ilə bağlı olub.
İ.Dolqov bildirib ki, Gürcüstanın keçmiş prezidentinin çağırışları Ukrayna-Gürcüstan arasında strateji tərəfdaşlıq və etimad atmosferinin inkişafına kömək etmir.

Səfir konkret şəxsin fikirlərinin iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, İ.Dolqov artıq üçüncü dəfədir M.Saakaşvilinin bəyanatlarına görə Gürcüstanın xarici siyasət idarəsinə çağırılır. Ötən ilin iyun-iyul aylarında ukraynalı diplomat iki dəfə XİN-ə dəvət olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də