RegionTV.info-nun məlumatına görə, SizinYol-un Din qrupu olduqca ibrətli rəvayəti təqdim edir:
Bir gün Əzrail həzrət Məhəmməd peyğəmbərin ziyarətinə gəldikdə, Peyğəmbər ondan soruşur: Ey qardaş, uzun illərdir insanların canlarını alarkən kimsəyə ürəyin yanıbmı?
Əzrail dedi: Bütün bu illərdə 2 şəxsə ürəyim yandı:
1. Bir gün dənizdə tufan yarandı və dənizdəki gəmi qərq oldu. Gəmi sakinlərinin hamısı öldü. Yalnız bir hamilə qadın kiçik bir taxta parçasına yapışıb qaldı. Aram dalğalar onu sahilə gətirdilər. Qadın sahilə çatdıqdan sonra uşağı dünyaya gəldi. Elə bu zaman Allah tərəfindən qadının canını almağım əmr edildi. Bax, bu zaman həmin uşağa ürəyim yandı.
2. Şəddad bin Ad uzun illər özü üçün böyük və oxşarsız bir bağ və imarət tikilməsinə sərf etdi. Bütün olanlarını, qızıllarını, cəvahirlərini onun sütunlarını və sair hissələrini bəzəmək üçün işlətdi. Nəhayət bir gün iş başa çatdı və Şəddad öz bağını görmək üçün atına minib bağa gəldi. O bağa çatanda atından düşmək üçün sağ ayağını yerə qoyduğu zaman Allah tərəfindən əmr olundu ki, canını alım. O yazıq sol ayağını yerə qoymamış canını aldm. Bu zaman ona yazığım gəldi. Çünki bir ömür arzusunda olduğu bağını görməmiş öldü.
Bu zaman Həzrət Cəbrail nazil olub byurdu: Ey Məhəmməd! Allahın salam deyir və buyurur : And olsun izzət və cəlalıma, Şəddad həmin dənizdə hamı öldükdən sonra xilas etdiyimiz uşaq idi. Onu yiyiəsiz bir adadan xilas etdik və anasız böyüdüb, padşahlığa çatdırdıq. Lakin o bütün nemətlərimizə nankorluq etdi. Özünü böyük hesab edib, təkəbbürlü oldu və bizə qarşı çıxdı. Sonda isə əzabımıza düçar etdik, qoy bütün insanlar bilsin ki, biz insanlara möhlət veririk, lakin onları yaddan çıxarmırıq.
Xəbəri paylaş