RegionTV.info
“Caliber” müstəqil jurnalist layihəsinin “YouTube” kanalında növbəti videoburaxılışı yerləşdirilib.
Heydər Mirzə və Hans Klosun təqdimatı ilə hazırlanan videoda bildirilir ki, müharibədən sonra Ermənistan cəmiyyətini təkcə pərdəaraxası siyasi oyunlar yox, həm də real fobiyalar silkələyir.
Gəzən şaiyə və iddialara aydınlıq gətirmək üçün ölkənin Müdafiə nazirliyi hər gün müxtəlif təkzib xəbərlərilə çıxış etməli olur.
“Caliber”ın növbəti buraxılışının karikatur qəhramanları Artsrun Ovanesyan, Şuşan Stepanyan, Cəlal Arutunyan, Edmon Marukyan və David Qalstyandır.
Xəbəri paylaş