
RegionTV.info-nun məlumatına görə həmin marşrutla Rusiyaya ixrac ilk dəfə həyata keçirilib.
Qeyd edək ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən yanvarın 29-da start götürmüşdü. Qatar bu müddət ərzində 4 650 kilometr məsafə qət edib.
40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyaları olub. Yükün ümumi çəkisi isə 150 tondur.
Qatar Bakı-Tbilisi- Qars dəmir yolu və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiyaya daxil olub.