Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda sökülən yataqxananın sakinləri yeni binaya köçürüləcək

Bakıda Məişət Kondisioneri Zavodunun yataqxanası sökülür, binada yaşayan sakinlər müvəqqəti olaraq kirayə evlər çıxarılıblar.
RegionTV.info
  bildirir ki, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Qeyd olunub ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl sakinlər tərəfindən icra hakimiyyətinə müraciətlər daxil olub, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib və onun sökülməsinə qərar verilib:

"Həmin binada siyahıyaalma işləri aparıldı və orada 146 ailənin yaşadığı məlum oldu. Onlara öncə 30 kvadratmetrə görə 30 min manat və əşyaların köçürülməsinə görə 500 manat, 30 kvadratmetrdən yuxarı olan mənzillərin hər kvadratına görə isə 1000 manat təklif olunmuşdu. Orada yaşayan sakinlər bu təkliflə razı olmadılar, bildirdilər ki, onlar bu qiymətə ev ala bilməyəcəklər. Bundan sonra icra hakimiyyəti podratçı şirkətlə müqavilə bağladı və orada yaşayan sakinlər binanın yerində tikiləcək yeni yaşayış binasına köçürüləcəklər".

Qeyd edək ki, yeni binanın 2022-ci ildə istifadəyə verilməsi gözlənilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də