Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Buğda idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 5 ildən 7 ilədək uzadılır

Fevralın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda növbəti iclası keçirilib.
RegionTV.info  xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Öncə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) məsələni təqdim edən komitə sədri bildirib ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflərin bir çoxu nəzərə alınıb.

Deputatlar müzakirələrdə qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılmasını (2017-ci il yanvarın 1-dən etibarən), eləcə də kəpəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılmasını, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsini, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olmasını (birinci oxunuşda hər litr üçün 220 manat idi) nəzərdə tutan dəyişikliklərə müsbət münasibət bildiriblər.

Onlayn iclasda gündəlikdəki qanun layihələri ətraflı müzakirə olunub.
Deputatlar rəy və təkliflərini bildiriblər.

Fikir mübadiləsinin yekununda komitədə baxılan bütün layihələr Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasının müddətini daha 3 il artırılmasının səbəbi məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında Vergi Məcəlləsinə dəyişikliklə bağlı açıqlanan arayışda əksini tapıb.

Arayışda qeyd edilib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə buğda idxal və satışına, buğda ununun və çərəyin istehsalı və satışına tətbiq oluna ƏDV-dən azadolmanın daha 3 il müddətinə artırılması vacib sayılıb.
Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.

Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə - 2024-cü il yanvarın 1-dək ƏDV-dən azad olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də