
RegionTV.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 6960, hazırkı dövrədək isə 2 463 610 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 231362 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225678 nəfər müalicə olunaraq sağalıb, 3163 nəfər vəfat edib, aktiv xəstə sayı 2521 nəfərdir.
