Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş prokuror Xankəndiyə GETDİ: müəmmalı SƏFƏR VƏ 2 VACİB DETAL - FOTO

RegionTV.info 
Ermənistanın baş prokuroru Artur Davtyanın Xankəndinə qanunsuz səfəri, baş separatçı Araik Arutyunyanla görüşü narahatlıq və haqlı cavab tələbi yaradır: rəsmi Bakının etirazlarına rəğmən İrəvandan Qarabağa səfərlər davam edir; sülhməramlılar Laçın dəhlizindən Bakının icazəsi olmadan istədiklərini buraxırlar;

Bu məsələyə yenidən aydınlıq gətirilməsi vacibdir, hərçənd, Davtyanın Xankəndinə gəlişi və Araiklə görüşündə diqqət çəkən bir detal var: fotonun yoxluğu.

Erməni KİV-lər bu səfərlə bağlı xəbərləri iki görüntü ilə yayır: Davtyanın tək fotosu və müharibədən öncəyə aid olan görüş fotosu.

Və bu, bəzi şübhəli məqamları önə çıxarır:

- Davtyanın Xankəndinə səfəri erməni ictimai rəyi üçün təbliğat xarakteri daşıyır: separatçı rejim mövcuddur. O zaman, niyə görüşdən heç bir foto yoxdur?
- Davtyan Xankəndində Araiklə görüşürsə, mütləq bunu fotokameralarla “əbədiləşdirərdilər”: görüş olmayıbmı, erməni baş prokuror Xankəndində olubmu, foto niyə çəkilməyib?
- Bu gün Araik İrəvanda Nikol Paşinyanın qəbulunda olub və infrastruktur məsələlərini müzakirə edib: bəs, Davtyanla Xankəndində nə vaxt görüşüb?


Bu suallar fonunda iki ehtimal önə çıxır:

1. Davtyanın Xankəndinə gəlişinə şərait yaradan ruslar rəsmi Bakının etirazına zəmin yaratmamaq üçün fotofaktın olmamasını istəyiblər: cavab tələb olunduqda, belə bir görüşün erməni təbliğatı olduğunu deyə bilərlər;
2. Erməni baş prokurorun Xankəndinə səfərinə icazə verilməyib, “görüş” telefon vasitəsilə keçirilib və görüşün olduğu haqda informasiya istehsal edilib: Bakının Ermənistandakı daxili siyasi mübarizə fonunda Paşinyan hakimiyyətinin belə təbliğatına səssiz qalmasının perspektivə hesablanmış səbəbləri var;

İki məqam ikinci ehtimalı gücləndirir: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması; ardınca fransalı jurnalsitlərin Bakının icazəsi olmadan bölgəyə buraxılmaması;

Görüşlə bağlı fotonun olmaması kiçik, amma vacib detaldır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də