Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda yağış sularının idarə olunması ilə bağlı yeni qurum yaradılacaq

“Azərbaycanda yağış sularının idarə olunması məsələsi aktuallığı ilə seçilir. Bu istiqamətdə işlər gedir”.
RegionTV.info  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, yağış sularının idarə olunmasında problemlər və çətinliklər “Azərsu” ASC ilə qarşılıqlı müzakirə edilib:
“Artıq fəaliyyətlər müəyyən edilib. Bakının yeni hazırlanan baş planında bu məsələ aktuallığı ilə qeyd olunacaq.
Qanunvericilikdə ediləcək dəyişiklə bunu idarə edən yeni qurum yaradılacaq. Yağış suları birbaşa dənizə axıdılmayacaq.
Parkların kənarında gələcəkdə istifadə üçün anbarların tikilməsi ola bilər. Bu, təmiz sudan istifadəni azaldacaq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də