Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra başçısı peyvənd olundu

RegionTV.info 
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi davam edir.

Sumqayıt şəhəri İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərdə vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir.

Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də