Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polis dəm qazından zəhərlənən yeniyetməni xilas etdi

RegionTV.info 
Mingəçevir Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları - Ülvi Paşabəyli, Sənan Süleymanlı və Nizam Səfərli şəhərin 20 Yanvar küçəsində xidmətdə olan zaman bir azyaşlı oğlan onlara yaxınlaşıb və bacısının evdə huşsuz vəziyyətdə yerə yıxıldığını, polislərin ona kömək etməsini istəyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gedib və yeniyetmə qızın vəziyyətinin pis olduğunu görüblər.

İlkin tibbi yardım göstərdikdən sonra polislər onu dərhal xidməti avtomobilləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar.
Yeniyetmənin dəm qazından zəhərləndiyi müəyyən edilib və həkimlərin də səyi ilə onu həyata qaytarmaq mümkün olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də