Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı itkin düşən S.X. adlı əsgərin atasından rüşvət alan dələduz saxlanılıb.
RegionTV.info xəbər verir ki, əsgərin atasından 1000 dollar alan A.A. adlı fırıldaqçı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən yaxalanıb.
Onun əsgərin atasına xüsusi xidmət orqanlarında əlaqələri olduğunu və guya bunlar vasitəsi ilə əsgərin Bakı həbsxanalarından birində olduğunu öyrəndiyini söylədiyi bildirilir. O, əsgərin əvvəl üçüncü bir ölkəyə, sonra da Ermənistana göndərmək üçün xarici xidmət orqanları işçilərinə 3 min dollar rüşvət vermək lazım olduğunu əsgər atasına deyib.
Dələduzluqda ittiham edilən cinayətkar artıq məhkəmənin qərarı ilə həbs olunub. İstintaq davam edir.
Xəbəri paylaş