Qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər nazirliyi” "ölkə” ərazisinə giriş qaydalarına aydınlıq gətirib.
RegionTV.info xəbər verir ki, separatçı rejim viza rejimini şərh edib.
Qeyd edilib ki, təhlükəsizlik səbəbilə xarici vətəndaşlar bölgəyə daxil olmaq üçün əvvəlcədən müraciət etməlidirlər. Müraciətlər təhlükəsizlik məsələləri nəzərə alınaraq Rusiya sülhməramlılarına da ötürülür.
Müraciətlər təsdiqlənəndən sonra xarici vətəndaşlar "Artsax respublikası”nın Yerevandakı daimi nümayəndəliyindən viza alırlar. Əcnəbilər yalnız bu viza ilə Qarabağ ərazisinə səfər edə bilərlər.
Xəbəri paylaş