
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxs bu il fevralın 4-də cinayət ortaqları ilə əvvəldən mövcud olan fikir ayrılıqları səbəbindən Laqodexi bələdiyyəsində azərbaycanlıların yaşadığı Qabal kəndinin 1973-cü il təvəllüdlü sakininə xəsarətlər yetirib. Zərər çəkən şəxs xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alıb.
Cinayətdə əli olan digər şəxslərin müəyyən olunması üzrə istintaq-əməliyyat tədbirləri aparılır.
Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.