
RegionTV.info xəbər verir ki, deputat ürək-damar xəstələrinin koronavirusa qarşı peyvənd vurdura biləcəyini söyləyib.
“Bütün açıq ürək və stendləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər.
Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib.