Qrossmeysterimiz Teymur Rəcəbovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla görüşü baş tutub.
Tərəflər oyundan heç-heçə ilə ayrılıblar - 0,5:0,5.
Təmsilçimiz əvvəlki 14 görüşünün cəmi 1-dən qalib ayrılıb, qalanlarının hamısını heç-heçə ilə bitirib. Ermənistan şahmatçısı isə matçlarından 5 qələbə, 6 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
***
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla görüşü başlayıb.
RegionTV.info xəbər verir ki, qarşılaşma "Opera Euro Rapid"in XV turuna təsadüf edib.
Son tur öncəsi Rəcəbov 7,5 xalla 8-ci, Aronyan 8 xalla 4-cü pillədə qərarlaşıb.
Azərbaycan təmsilçisi əvvəlki 14 görüşünün cəmi 1-dən qalib ayrılıb, qalanlarının hamısını heç-heçə ilə bitirib. Ermənistan şahmatçısı isə matçlarından 5 qələbə, 6 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb.
"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində "Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.
"Opera Euro Rapid"
8 fevral
XI tur: Teymur Rəcəbov - Dinq Liren (Çin) - 0,5:0,5
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Xəbəri paylaş