Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü belə çıxarıldı - VİDEO

Bakıda yol qəzası baş verib.
RegionTV.info-nun
  xəbərinə görə, hadisə fevralın 8-i saat 17 radələrində Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı 99-JU-480 dövlət nömrə nişanlı yük avtomobili yol kənarındakı işıq dirəyinə çarpılıb. Qəza nəticəsində sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Daha sonra qəza barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət edilib. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Əməliyyat zamanı sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də