Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanın bir neçə kəndində quduzluq yayılıb

Gürcüstanın Acarıstan bölgəsinin Kobuleti rayonunun iki kəndində quduzluq halları aşkarlanıb.
RegionTV.info
  xəbər verir ki, bu səbəbdən Tsxrafona və Tsavroka kəndlərində ikiaylıq karantin elan olunub.
Kəndlərdə ev heyvanlarının hərəkəti, həmçinin ət və süd məhsullarının satışı qadağan edilib. Kobuleti meriyasının məlumatına əsasən, hər iki kənddə ev heyvanlarının məcburi vaksinasiyasına başlanılacaq.
İnfeksiya mənbəyinin çaqqal olduğu bildirilib.
Qeyd edək ki, Kobuletinin Cixancuri kəndində bir neçə gün bundan öncə quduzluq faktı qeydə alınıb. İnfeksiya daşıyıcısı olan çaqqalın dişləməsi səbəbindən üç inək tələf olub. Kənddə ikiaylıq karantin rejimi davam edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də