Hindistanda son sutka ərzində 75 995 nəfər koronavirusa yoluxub.
Yoluxma sayının artması koronavirusun daha çox yayıldığı Mumbay, Nyu-Dehli və Çennai kimi şəhərlərində səhiyyə xidmətini çətin vəziyyətə salıb.
Həmçinin son sutka ərzində ölkədə həyatını itirən koronavirus xəstələrinin sayı 1 017 nəfər təşkil edib.
Hindistanda indiyədək 3 307 749 nəfər koronavirus infeksiyasına yoluxub, 60 629 nəfər isə COVID-19 xəstəliyi səbəbindən vəfat edib.
Hazırda Hindistan yoluxma hallarının sayına görə dünyada üçüncü yeri tutur.