Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni təxribatı nəticəsində Ağdamda zərər çəkən mülki obyektlərin sayı açıqlandı

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə dəymiş ziyan müəyyənləşib.
RegionTV.info  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib. O bildirib ki, ermənilərin dinc yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 1425 yaşayış evinə ziyan dəyib:
“Həmin evlərdən 29-u təmamilə dağılıb, 1396 evə isə qismən ziyan dəyib. Bununla yanaşı, rayon ərazisində 39 qeyri-yaşayış obyektinə ziyan dəyib ki, onlardan 3-ü tam dağılıb. Hadisə nəticəsində 59 sahibkarlıq subyekti ziyan çəkib ki, onlardan 2-si tam dağılıb, 24 sosial obyekt, 1 inzibati bina zərər çəkib”.
A.Əliyev bildirib ki, ermənilərin təcavüzü nəticəsində rayon ərazisində vətəndaşlara məxsus 28 nəqliyyat vasitəsinə ziyan dəyib, 6734 heyvan tələf olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də