Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni Zelandiyada məsciddə 51 nəfəri öldürən, 40 nəfəri yaralayan şəxsə hökm oxunub






15 mart 2019-cu il tarixdə Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison Tarrant vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb.

“Sizin cinayətiniz o qədər bağışlanmazdır ki, ölənə qədər həbsdə qalsanız da, bu, tələb olunan cəzanı ödəyə bilməz. Siz mərhəmət etmədiniz, siz yalnızca qatil deyilsiniz, həm də terrorçusunuz. Siz Yeni Zelandiyanın həyat tərzinə hücum etməyi hədəflədiniz”, - məhkəmənin hakimi Kemeron Mander hökmü oxuyarkən belə deyib.

Hökm elan olunduqdan sonra Tarrant verilən cəzaya etiraz etmədiyini bildirib. Onun cəzasını Oklend həbsxanasında çəkəcəyi gözlənilir.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Tarranta verilmiş cəzanı alqışlayaraq, onun günahını “dəhşətli və utancverici hərəkət” adlandırıb. Həmçinin ehtimal olunur ki, ölkənin Nazirlər Kabineti məhkum edilmiş şəxsin öz vətəninə - Avstraliyaya deportasiya olunmasına və cəzasını orada davam etdirməsinə imkan verəcək qərar qəbul edə bilər.

Xatırladaq ki, məsciddə müsəlmanlara qarşı törədilmiş terror hücumu nəticəsində 51 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də