
RegionTV.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən “qafqazinfo”ya verilən məlumata görə, fevralın 8-i saat 07:15 radələrində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə 10 TF 992 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
“Əhmədli” metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.
Hadisə ilə əlaqədar “Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev agentliyə çağırılıb.
Qəza nəticəsində vəfat edən piyadanın təxminən 50 yaşlarında qadın olduğu bildirilir.
