
RegionTV.info xəbər verir ki, məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu Unikal.org-a açıqlama verib.
O, qeyd edib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:
"Qızın 11 yox, 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər.
Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar".