SON DƏQİQƏ! Məşhur generallar işdən çıxarıldı - ƏMR
Tarix: 8-02-2021, 17:37Xəbərə baxış: 125
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. RegionTV.info-nun məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.