Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda həkim müalicə üçün gələn qadına təcavüz etdi — Şok olay

Bakıda “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işləyən Naxçıvan sakini, 1966-cı il təvəllüdlü Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

RegionTV.info-nun  əldə etdiyi məlumata görə, Çingiz Məmmədov paytaxtın Xətai rayonunda yerləşən “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işlədiyi üçün zərərçəkmiş Validə Babayevanın (ad və soyad şərti verilib – red.) səhhətində olan nasazlıqlara görə müayinə olunmaq məqsədi ilə onun xidməti otağına gəlib.

Çingiz Məmmədov Validə Babayevanı rentgen müayinəsinin zəruri olduğunu və bunun çılpaq bədənlə həyata keçirildiyini deyib. O, Validə Babayevadan əynindəki bütün paltarları çıxartmasını və sinəsini rentgen cihazına dirəməsini tələb edib.
Validə Babayeva Çingiz Məmmədovun tələblərini yerinə yetirib.

Bundan sonra Çingiz Məmmədov otağın işığını söndürərək cinsi ehtirasını təmin etmək məqsədi ilə Validə Babayevanı arxadan qucaqlamağa və əlləri ilə sonuncunun döşlərini sıxmağa, əllərini cinsi nahiyələrində gəzdirməyə başlayıb.

Validə Babayeva Çingiz Məmmədovun niyyətini anlayaraq müqavimət göstərməyə və qışqırmağa başladıqda isə əli ilə sonuncunun ağzını bağladıqdan və müqavimətini qırmağa yönəlmiş fiziki ağrılar yetirdikdən sonra niyyətini davam etdirib.

Çingiz Məmmədov zorla və iradəsinə zidd olaraq Validə Babayeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Çingiz Məmmədovun törətmiş olduğu iddia olunan cinayət əməli sübuta yetirilməyib. Bu səbəbdən Çingiz Məmmədovun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ittiham verilməsini, ona ağır cəza təyin olunmasını istəyib.

Bundan başqa, zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Çingiz Məmmədov tərəfindən təcavüzə məruz qaldığını, onun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də