Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avtomobilyuma məntəqəsindən maşını qaçırdı, qəza törətdi

Bakıda yol qəzası olub.
RegionTV.info  xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə fevralın 2-də saat 21 radələrində Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də