Azərbaycanda koronavirusa (COVID-19) yoluxma göstəriciləri ilə bağlı yeni statistika açıqlanıb.
RegionTV.info xəbər verir ki, qeydə alınan yoluxma hallarının 52,2%-i Bakının payına düşür.
Yoluxma göstəricisi Aranda 13,3%, Abşeronda 12,9%, Gəncə-Qazaxda 8,1%, Şəki-Zaqatalada 3,2%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,9%, Dağlıq Şirvanda 2,5%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,5%-dir.
Qeyd edək ki, dünyada bəlaya çevrilən COVID-19 virusu, əfsuslar olsun ki, Azərbaycanda bu günə kimi 3158 nəfərin həyatına son qoyub. Ölkədə koronavirusa yoluxma halları daha çox 2020-ci il 7-13 dekabr tarixində qeydə alınıb. Ən çox yoluxanların yaş bölgüsünə görə 50-59 yaş 21 faizlə üstünlük təşkil edir. Ölkə üzrə yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir.
Xəbəri paylaş