Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Antibiotiklərin ŞOK TƏSİRİ ÜZƏ ÇIXDI - Alimlər AÇIQLADI

Bioloqlar müəyyən ediblər ki, doğuşdan sonrakı ilk iki həftədə oğlan uşaqlarına antibiotik vermək onların böyüməsini qarşıdakı altı il ərzində gecikdirə bilər.
RegionTV.info  xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.
“Antibiotiklər yenidoğulan uşaqların sağ qalması üçün çox vacibdir, lakin uzun müddətli yan təsirlərə səbəb ola bilər. Bunları bilmək və öyrənmək lazımdır”-araşdırmanın müəlliflərindən biri, Bar-İlana Universitetin professoru Omri Koren deyib.

Alimlər dərmanın uşaqların sağlamlığına və onların inkişafına necə təsir etdiyini müəyyən etmək üçün Finlandiyada 2008-2010-cu illər arasında anadan olan 12,4 min yeni doğulan körpənin sağlamlığını izləyiblər. Bütün körpələr sağlam doğulub və anadangəlmə xəstəlikləri mövcud olmayıb. Onların təxminən 9,3% -nə həyatının ilk iki həftəsində antibiotik təyin edilib.

Antibiotik qəbul edən oğlanların altı yaşında yaşıdlarına nisbətən kütləsində və boyunda fərq olduğu müəyyənləşib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də