Almaniyada 14 nəfər peyvənd olunduqdan sonra “Britaniya ştamı”na yoluxdu
Tarix: 8-02-2021, 08:56Xəbərə baxış: 142
Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniyadakı qocalar evində 14 nəfər “Pfizer” peyvəndindən sonra “Britaniya ştamı”na yoluxub. RegionTV.info xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilib. Qeyd edək ki, qocalar evinin bütün sakinləri yanvarın 25-də ikinci dəfə peyvənd olunub.