RegionTV.info
Ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir. Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı pulların silinməsi faktları aşkar edilib. Heç kimə də sirr deyil ki, bu qurum “korrupsiya obyektinə” çevrilib. Bu haqda mediada xeyli araşdırmalar aparılıb, məlumatlar verilib.
Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına külli miqdar vəsaitlər “Azərsu” və “Azəraqrartkinti” ASC rəhbərli tərifindən həzmraberdən keçirilib.
Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib.Sözügedən ərazilərin eləcə də Məmmədtağı Cəfərov küçəsinin şikayətçiləri qeyd edirlər ki, yaşadıqları ərazi kanalizasiya sullarına qərq olmaqla yanaşı, həm də böyük bataqlığa çevirilib. Hələ bu azmış kimi ağası Ağalar olan “Azəraqrartikinti”ASC tərəfində küçəyə yenicə çəkmiş yol çöküb, kanalizasiya xəttləri isə dağılıb. Hazırda sözügedən ərazidə baxımsızlıq ücbatından ekoloji fəlakət yaşanır.Gəncə şəhəri üzrə çəkilmiş olan Su və kanalizasiya xəttlərinin sifarişçi olan “Azərsu” rəhbərliyi bu iri çaplıı lahiyyəni necə qəbul edib?
Yaşayış massivindəki kanalizasiya tullantıların təmizlənməsinə məsul olan “Azərsu”nun müvafiq qurumları isə baş verən ekoloji fəlakətin aradan qaldırrılmasına göz yumur. Görünüən odur ki, “Azərsu” və onu yerli qurumları problemlərinin həllinə olan münasibətləri mətubatın müdaxiləsi olmadan aradan qaldırılmır. “Azərsu” rəhbərliyi “Azəraqrartikinti”ASC-nin şefi Ağalar Vəiyevlə əlbir olaraq Gəncə Su-kanalizasiya xəttlərinin çəkilməsi lahiyyəsində ən azıpndan 100 milyonluq korrupısiyaya imza atıpb.Sonda redaksiya olaraq inanırıq ki, sözügedən lahiyyə ilə bağlı Korrupısiya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılacaq və həzmraberdən keçirilmiş vəsaitlərin dövlət büdcəsinə qaytarılacaq.
Xəbəri paylaş