Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mən 90 dəqiqə gözləmədən ƏDV faizlərimi necə qaytarıram?

Mən 90 dəqiqə gözləmədən ƏDV faizlərimi necə qaytarıram?
Pulu doğru-düzgün idarə etməyi bacaranlar bilir ki, şəxsi büdcəmizdə hər qəpiyin dəyəri var. Əlbəttə, bu, simiclik anlamına gəlmir. Amma əgər sağlam yollarla əlavə qazanc fürsətləri varsa, bu fürsətləri niyə qaçıraq ki?! Pulu xərcləməyin də, qazanmağın da ən yaxşı yollarını bilmək insanın üstün keyfiyyətidir.
Bizi pul xərcləməyə vadar edən ehtiyacları saymağa başlasaq, görəcəyik ki, onların sayı xeyli çoxdur. Yox əgər varlı olmaq istəyiriksə, onda elə etməliyik ku, qazanc yerlərimizin də sayı mümkün qədər çoxalsın. Burada qazancın miqdarı önəmli deyil. Lap olsun bir neçə qəpik. Əsas odur ki, onun gəlməsini təmin edə bilək. Qazancımız xərcimizi az da  olsa, üstələsin. Bir də qeyd etdiyim kimi, qazanc sağlam mənbələrdən gəlsin. Necə deyərlər, dama-dama göl olar.
ƏDV faizlərindən qazan
Bu qədər uzun bir müqəddiməni niyə yazıram?!
Bir müddət əvvəl mediada ƏDV faizlərinin geri qaytarılacağı barədə xəbər və rəylər görünməyə başlayanda, açığı, əvvəl-əvvəl buna elə də diqqət eləmirdim. Amma alış-veriş etdiyim yerlərdə kassa qəbzlərini mütləq götürürdüm. Özünüz də bilirsiniz ki, bəzən mağazadan aldığın hansısa məhsulu geri qaytarmaq, yaxud dəyişmək lazım gələndə bu qəbzlər çox işə yarayır.
ƏDV faizlərinin geri qaytarılması söhbəti çıxandan bir müddət sonra isə müşahidə edirdim ki, kassirdən qəbz tələb edən müştərilərin sayı getdikcə artıb. Onlar hər dəfə qəbz alanda ona diqqətlə baxırdılar. Qəbzlərin üzərindəki qeydlər mənim də diqqətimi çəkməyə başladı. Öyrəndim ki, ƏDV faizini geri almaq üçün qəbzin üzərindəki 12 rəqəmli fiskal kodu xüsusi sistemə daxil etmək, ya da ondan aşağıdakı dördkünc QR kodu oxutmaq lazımdır.  
Düzünü deyim ki, bu, əvvəl xeyli çətin görünürdü. Nə bilim, qeydiyyatdan keç, hər dəfə qəbzi alanda portala daxil ol, kodu yaz...  Fikirləşirdim ki, bir neçə qəpikdən ötrü bu qədər vaxt sərf eləməyə dəyərmi, görəsən.  
Amma bir gün maraq güc gəldi, qeydiyyatdan keçdim. Və gördüm ki, bütün bunlar cəmi bir neçə saniyəlik işmiş. Özü də söhbət qəpik-quruşdan getmir. Bunu özün üçün bir vərdişə çevirəndə, hər dəfə yeni qəbzini sistemə əlavə edəndə bir neçə gün sonra görürsən ki, hesabında əməlli-başlı pul yığılıb. Çünki hər gün özümüzün, ailəmizin ehtiyaclarına xeyli ödənişlər etməli oluruq. Bunun hamısının ƏDV faizini g
eri alanda görün nə qədər edir?!
Nağdda 10%, nağdsızda 15%!
Məsələn, özümdən deyim ki, bir ay ərzində hesabıma toplanan ƏDV faizləri evin işıqpulunu, supulunu, qazpulunu, yaxud internet xərclərini ödəməyə yetir. ƏDV faizləri olmasa, bunlara əlavə xərc çəkməli olacaqdım. Bu, indi mənim üçün az da olsa, yeni bir gəlir yeridir.
Sizə deyim ki, ödənişləri kartla nağdsız aparmağın nə qədər sərfəli olduğunu bir də indi anlayıram. Çünki ödənişi nağd aparanda ƏDV-nin cəmi 10%-i geri qayıdır. Nağdız aparanda isə 15%-i sənindir. Bunu hesabına toplanan məbləğdə dərhal hiss edə bilirsən. Ona görə də ƏDV faizlərimi almağa vərdiş edəndən bəri bütün ödənişlərimi yalnız kartla aparmağa çalışıram.
Ən sərfəli kredit üçün müraciət etİkiqat qazanc
Son günlər isə ƏDV faizlərimi Azərbaycan Beynəlxalq Bankının IBA Mobile tətbiqi ilə geri almağa başlamışam. Səbəbini deyim. İnsan psixologiyası qəribədir. Qəbzi daxil etməyə vərdiş edəndən sonra istəyirsən ki, bunu qəbz əlinə çatan kimi dərhal edəsən və görəsən nə qədər irəli düşdün?!
Əvvəllər bunun üçün azı 90 dəqiqə gözləmək lazım gəlirdi. Ona qədər görqürdün ki, qəbzi hardasa unutmusan. IBA Mobile tətbiqinin üstünlüyü isə bundadır ki, burada heç 1 dəqiqə də gözləmirsən. ABB-nin rəsmi səhifəsində qeyd olunub:
“QR kodun oxudulması və ya fiskal kodun daxil edilməsi üçün daha 90 dəqiqə gözləməyə gərək yoxdur”.
Elə qəbzi alan kimi, telefonunda IBA Mobile tətbiqini açırsan, QR kodu oxudursan, vəssalam, gerisi artıq sənlik deyil. Tətbiq özü lazımi məlumatları sistemdə tapır və ƏDV faizlərini geri qaytarır.
Bundan əlavə, indi yaxşı bir kampaniya da var. ƏDV faizlərini geri alan şəxslər Azərbaycan Beynəlxalq Bankının  həyata keçirdiyi kampaniyadan faydalanaraq əlavə qazanc imkanı əldə edirlər:
“IBA Mobile ilə və ya ədvgerial.ibar.az
 portalı vasitəsilə qaytarılan ƏDV faizi 10 AZN-ə çatan ilk 5000 müştəridən biri olun, kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankından 10 AZN də hədiyyə qazanın!”
Geri qayıtmış ƏDV faizləri 10 manata çatan ilk 5 min müştəriyə 10 manat da Bankdan hədiyyə verilir.
Həqiqətən, bu qeyd etdiklərim, ƏDV faizlərini geri almağın çox rahat yoludur. Ona görə təcrübəmi paylaşıram ki, hamı faydalana bilsin. Hər kəs IBA Mobile tətbiqini telefonuna yükləyib, ƏDV faizlərini rahat-rahat geri ala bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
RegionTV.info 
Elxan Əhmədov

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də