
RegionTV.info xəbər verir ki, Rusiyadakı Operativ Qərargaha verilən məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 967 281 nəfərə çatıb.
Son sutka ərzində 432 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 76 661 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.