Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağdaşdakı dəhşətli qəzanın görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info  bildirir ki, ötən gecə saat 00:10 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndi ərazisində "Mersedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Ağdaş rayon sakinləri 1961-ci il təvəllüdlü Əhmədova Rahilə Namət qızı, 2008-ci il Əhmədova Rahilə Teymur qızı, 1984-cü il təvəllüdlü Əhmədov Teymur Səməd oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, İsmayılova Dursun Qiyas qızı, Əlizadə Xəzan Fikrət qızı, Əhmədov Təbriz Teymur oğlu, Sadiqli İqbal Elton oğlu ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də