Ağdaş rayon sakini zəhərlənərək vəfat edib.
RegionTV.info-nun məlumatına görə, 20 yaşlı Xankişiyeva Əminə Tahir qızı zəhərlənmə diaqnozu ilə əvvəlcə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, bir neçə saat sonra Ə.Xankişiyeva Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş