Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sakinlər təcili köçürülməlidir”






Qüdrət Həsənquliyev Xətai rayonunun NZS qəsəbəsində yerləşən qəzalı bina ilə bağlı Baş nazirə və Fövqəladə hallar nazirinə müraciət ünvanlayıb. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsi 14 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 2 mərtəbəli, 12 mənzilli binanın bir qrup sakinini – seçicilərini qəbul edib və onların şikayətinə əsasən, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb.

Müraciətdə sözügedən ünvanda yerləşən binanın qəzalı vəziyyətdə olduğu, hər an uçulub-dağıla biləcəyi, bu səbəbdən də sakinlərin həyatı üçün ciddi təhlükənin yarandığı bildirilir. Qeyd olunur ki, ağır nəticələrə səbəb olacaq faciəni önləmək məqsədilə sakinlərin qəzalı binadan təcili köçürülməsi üçün müvafiq qərar qəbul edilməlidir”. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də