
RegionTv.info bildirir ki, bu barədə "Deutsche Bahn" nəqliyyat konserninin bəyanatında deyilir.
Hazırda ölkənin Hollandiya ilə dəmir yolu əlaqəsi müvəqqəti dayandırılıb.
"Almaniya ilə Hollandiya arasında şəhərlərarası dəmir yolu əlaqə dayandırılıb. Frankfurt-am-Mayn - Amsterdam və Berlin - Amsterdam marşrutu üzrə qatarlar xidmət göstərmir", - məlumatda deyilir.
Bildirilir ki, qaryağma güclü küləklə müşayiət olunur (saatda 80 km). Bir çox avtomobil trassları bağlanıb. Yalnız Şimali Reyn-Vestfaliyada şənbə axşam və ötən gecə ərzində 200-dən çox yol qəzası qeydə alınıb.