Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

E.Əhmədov: Bir uşaqlı ailələrdə boşanma 71 faizə çatıb. Bu çox acınacaqlıdır. "Gənclərimiz ailəyə oyun kimi baxır"

RegionTV.info 
"Əvvəllər ailənin dağılmasında əsas məsələ sonsuzluq göstərilirdi. Bu gün uşaqlı ailələrdə boşanma artıb. Bir uşaqlı ailələrdə boşanma 71 faizə çatıb. Gənclər ailəyə oyun kimi baxırlar. Bu çox acınacaqlıdır". 
"2020-ci ilin 12 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 18556 boşanma halı qeydə alınıb. Demək olar ki, hər ay 1632 ailə dağılır". "Ailələrin dağılmasına səbəb kimi ev, maşın, mülk daha çox üstünlük təşkil edir. Sevgi, səmimiyyət yavaş-yavaş uzaqlaşır. Evliliyə oyun kimi baxırlar. Bu nəsil o biri nəsilə acıq verir, dəbdəbəli toy edir, gənclər limuzinlə yola salınır, Maldiv adalarında istirahət edirlər və bir aydan sonra ailə yoxdur. Hər ay qəbula 75 nəfər gəlir. Hamısı mülk, uşaq və alliment davasıdır".
Tərəflərin bir-birini tanımaması, məişət zorakılığı, evlilikdən öncə ciddi düşünməmək, erkən nikah, məcburiyyət halları, maddi vəziyyət, kənar müdaxilələr, qayınana-qayınatalar ailə münaqişələrinə, məişət zorakılığına və boşanmalara gətirib çıxarır.  Ailə siyasətində mənəvi dəyərlər olsaydı, belə hallar yaşanmazdı: "Şəxsiyyətin yetişməsində mühitdən əvvəl ailənin rolu böyükdür, əsas dəyərlər məhz ailədə qorunub saxlanılır və formalaşır. Ailə kiçik dövlətdir və öz qanunları var".

"RegionTV"-nin direktoru: Elxan Əhmədov 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də