Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden İrana iqtisadi təzyiqləri yumşaltmağı planlaşdırır

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İran iqtisadiyyatına aid bəzi məhdudlaşdırıcı tədbirləri saxlamaqla ölkəyə iqtisadi təzyiqi azaltmaq ehtimalını nəzərdən keçirir.
RegionTV.info-nun  verdiyi məlumata görə, ABŞ administrasiyası Tehrana Beynəlxalq Valyuta Fondundan borc verilməsi və İranın koronavirus pandemiyası fonunda humanitar yardım almasına mane olan sanksiyaların yumşaldılmasının mümkünlüyünü müzakirə edir.
Mütəxəsisslər bu tədbirlərin ABŞ-ın Donald Trampın prezidentliyi dövrü olan 2018-ci ildə Vaşinqtonun tərk etdiyi İranın "nüvə sazişinə" (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtması istiqamətində addım olduğunu düşünür.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də