
RegionTV.info-nun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yola qəfildən çıxan 2010-cu il təvəllüdlü Məmmədov Surxan Ələddin oğlunu vurub.
Ağır xəsarətlər alan azyaşlını sürücü özü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.