Hindistanın Uttaraxand əyalətində böyük bir buzlağın qəfildən qoparaq Dxauli Qanq çayına düşməsi böyük daşqına səbəb olub.
RegionTV.info xəbər verir ki, çayda bənd tikinsində işləyən 150 nəfər itkin düşüb.
Çamoli Bölgəsi Dövlət Təcili Yardım Xidmətinin (SDRF) rəsmiləri hadisə yerinə gəliblər. Çaya yaxın ərazidə yaşayan insanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilib.
İlkin məlumatlara görə, itkin düşənlərdən bir neçəsinin meyiti aşkarlanıb.
[media=https://youtu.be/7hVsNRAWR6w]
Xəbəri paylaş